Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən Novruz bayramı münasibətilə rayon ərazisində yerləşən hərbi hissələrdə hərbiçilərlə görüşlər keçirilmişdir

18 mart 2025 | 12:44
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən Novruz bayramı münasibətilə rayon ərazisində yerləşən hərbi hissələrdə hərbiçilərlə görüşlər keçirilmişdir
Görüşlərdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul şəxsləri, Yevlax rayonu üzrə təhsil sektorunun, Yevlax rayon üzrə Gənclər və İdman sektorunun, Yevlax Şəhər Mədəniyyət Mərkəzinin, “Yevlax rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin əməkdaşları, şəhid ailələrinin üzvləri, qazilər və müharibə veteranları iştirak etmişlər.
Görüşlərdə çıxış edənlər hərbiçiləri Novruz bayramı münasibətilə təbrik edərək, onlara xidmətlərində uğurlar arzulamışlar.
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən hərbiçilərə bayram sovqatları paylanılmış, Şəhər Mədəniyyət Mərkəzi tərəfindən Novruz bayramına həsr olunmuş konsert proqramları nümayiş etdirilmişdir.
Keçidlər