Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən Nizami prospekti boyunca əsaslı təmir-tikinti işləri davam etdirilir

13 iyul 2025 | 16:30
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən Nizami prospekti boyunca əsaslı təmir-tikinti işləri davam etdirilir
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilmiş abadlıq-quruculuq işləri çərçivəsində Nizami prospektinin Heydər Əliyev prospekti ilə kəsişməsindən Kərim bəy Mehmandarov küçəsi ilə kəsişməsinədək olan hissəsinə yeni asflat örtüyü salınmış, piyadaların rahat gediş-gəlişini təmin etmək məqsədilə səkilərə yeni tamet daşları, beton səki daşları düzülmüşdür. Həmçinin, prospektin qeyd olunan hissəsi boyunca müasir işıqlandırma sistemi quraşdırılmış, səkilərin kənarına yeni yaşıllıqlar salınmış, dekorativ ağac və gül kolları əkilmişdir.
Hazırda Nizami prospektinin Heydər Əliyev prospekti ilə kəsişməsindən şəhər 5 nömrəli tam orta məktəbə qədər olan hissəsində işlər davam etdirilir. Görülən işlər çərçivəsində prospektin qeyd olunan hissəsi boyunca səkilərin üzərindəki köhnə və yararsız tamet daşları sökülərək yeniləri ilə əvəzlənir, yeni beton səki daşları quraşdırılır.
İşlərin keyfiyyətlə həyata keçirilməsi Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən daim nəzarətdə saxlanılır.
Keçidlər