Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən Azərbaycan ədəbi dilinin düzgün tətbiqi ilə bağlı maarifləndirici tədbir keçirilmişdir.

04 may 2024 | 11:40

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 09 aprel 2013-cü il tarixli, 2837 №li  Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda icrası nəzərdə tutulan dövlət idarəçiliyində, kütləvi informasiya vasitələrində Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması məqsədilə maarifləndirmə tədbirlərinin təşkili bəndinin icrası ilə bağlı Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilmişdir. Tədbirdə Şəhər İcra Hakimiyyəti Başçısı aparatının Hüquq şöbəsinin müdiri Vidadi Murtuzayev, ŞİHB-ı aparatının, İƏD-si üzrə nümayəndəliklərin əməkdaşları, rayon Ağsaqqallar Şurasının sədr müavini Sərdar Məmmədov və ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.

Tədbirdə çıxış edənlər dilimizin saflığının qorunmasının və özünəməxsus cəhətlərinə xələl yetirilmədən zənginləşdirilməsinin hazırda aktual məsələlərdən olduğu və dilin yad ünsürlərdən qorumağın vacibliyi haqqında danışıldı.

Keçidlər