Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının səyyar qəbulunda səsləndirilən növbəti vətəndaş müraciəti müsbət həllini tapıb
28 fevral 2026 | 13:29
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının səyyar qəbulunda səsləndirilən növbəti vətəndaş müraciəti müsbət həllini tapıb
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev rayonun Qaraoğlan kəndində keçirdiyi növbəti səyyar qəbul zamanı vətəndaşların müxtəlif məzmunlu müraciətlərini dinləyərək, İcra Hakimiyyətinin səlalhiyyətləri çərçivəsində olan məsələlər yerində həll edilmiş, digər müraciətlər isə aidiyyəti qurumlara yönləndirilməsi məqsədilə qeydiyyata alınmışdır.
Səyyar qəbul zamanı bir qrup sakin müraciət edərək (M4) Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 271-ci km-də, Qaraoğlan kəndinə ayrılan hissəsində indiyədək heç vaxt bütöv düz xətt olmadığından avomobillə kəndə daxil olarkən və çıxarkən çətinliklər yarandığını, bu ərazidə mütəmadi yol-nəqliyyat hadisələrinin baş verdiyini, xəsarət və insan tələfatı olduğunu bildirmiş, məsələnin həlli ilə bağlı köməklik göstərilməsini xahiş ediblər.
Şəhər İcra Hakimiyyəti Başçısının göstərişi ilə müraciət aidiyyəti üzrə AYNA-nın Yevlax Regional İdarəsinə yönləndirilmişdir. Regional İdarə tərəfindən yol-nəqliyyat hadisələrinin qarşısını almaq məqsədilə (M4) Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 271-ci km-də, Qaraoğlan kəndinə ayrılan hissəsində hərəkət axınlarını ayıran qırıq-qırıq xətlər 1.1 nişanlama xətti (bütöv düz xətt) ilə əvəz olunmuş və vətəndaş məmnuniyyəti təmin edilmişdir.
Məlumat üçün bildiririk ki, bu xətt əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində ötməni, sola və geriyə dönmə manevrlərini qadağan edərək təhlükəsizliyi təmin edir.






