Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı yanında İxrac Neft və Qaz boru kəmərlərinin təhlükəsizliyi üzrə rayon komissiyasının növbəti iclası keçirilib

27 mart 2024 | 18:39
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı yanında İxrac Neft və Qaz boru kəmərlərinin təhlükəsizliyi üzrə rayon komissiyasının növbəti iclası keçirilib
Yevlax rayonu ərazisindən keçən kəmərlərin təhlükəsizliyinin qorunmasının təşkili məqsədilə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı yanında yaradılmış İxrac Neft və Qaz boru kəmərlərinin təhlükəsizliyi üzrə komissiyanın növbəti iclası keçirilib. İclasda Komissiyanın sədri,Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Xaliq Əliyev və komissiyanın üzvləri iştirak ediblər.
Komissiyanın sədri Xaliq Əliyev çıxış edərək bildirmişdir ki, ixrac neft və qaz boru kəmərlərinin rayon ərazisindən keçən hissəsinin etibarlı mühafizəsi ilə əlaqədar hər hansı bir xoşagəlməz hadisə baş verməmişdir. Bunu kəmərlərinin marşrutu boyunca yerləşən yaşayış məntəqələrində əhali ilə mütəmadi görüşlərin müsbət nəticəsi kimi qiymətləndirmək olar.
Komissiyanın digər üzvləri İxrac Neft və Qaz boru kəmərlərinin təhlükəsizliyinin digər ərazilərdə olduğu kimi, Yevlax rayonu ərazisində də yüksək səviyyədə qorunduğunu, kəmərboyu ərazilərin əhalisi yaşadığı yerdən keçən boru xətləri barədə lazımı biliklərə malik olduğunu vurğulayıblar.
Keçidlər