Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı yanında Dini İşlər üzrə Komissiyanın növbəti iclası keçirildi

31 iyul 2025 | 18:32
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı yanında Dini İşlər üzrə Komissiyanın növbəti iclası keçirildi
Komissiyanın iclasında Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini, Dini İşlər üzrə Komissiyanın sədri Xaliq Əliyev və Komissiyanı üzvləri iştirak etmişlər.
İclasda çıxış edən Komissiyanın sədri Xaliq Əliyev Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tərəfindən dinlərarası dialoq və tolerantlıq sahəsində uğurla həyata keçirilən dövlət siyasətindən bəhs etmişdir.Bildirmişdir ki, ölkəmiz demokratik prinsiplərlə inkişaf edən tolerant bir məkandır və dövlətimiz tərəfindən bütün dinlərə və təriqətlərə sağlam fəaliyyət üçün şərait yaradılıb. Möhtərəm Prezidentimizin bu istiqamətdə həyata keçirdiyi düzgün siyasətin nəticəsidir ki, respublikamız dünyada nümunəvi tolerant ölkə kimi tanınır. Həmçinin dini durumun sabitliyi istiqamətində maarifləndirmə işlərinin daha da genişləndirilməsi üzrə lazımi tədbirlərin görülməsinin vacibliyi vurğuladı.Onu da qeyd etdi ki, Yevlax rayonunda bu istiqamətdə mütəmadi olaraq ardıcıl işlər aparılır.Dindarlarla mütəmadi olaraq görüşlər keçilir.
İclasın gedişində digər çıxış edənlər tərəfindən rayonda dini durumun sabitliyinin qorunub saxlanması istiqamətində icrası vacib olan məsələlər barədə məlumat verilmişdir.
Keçidlər