Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı yanında Dini İşlər üzrə komissiyanın iclası keçirilmişdir
09 oktyabr 2023 | 21:39
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı yanında Dini İşlər üzrə komissiyanın iclası keçirilmişdir
İclasda Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini, Komissiyanın sədri Xaliq Əliyev, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, komissiyanın digər üzvləri iştirak etmişlər.
İclasda çıxış edən Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini, Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı yanında Dini İşlər üzrə komissiyanın sədri Xaliq Əliyev Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ölkəmizdə həyata keçirdiyi uğurlu dövlət-din siyasətindən və formalaşdırılmış tolerant cəmiyyətin qorunması istiqamətində aparılan işlərin rayonda da təbliğ edilməsindən geniş söhbət açdı. Həmçinin Respublikamızda mövcud olan dövlət-din münasibətləri, dinlərarası dialoq, dinlərarası tolerantlıq sahəsində həyata keçirilən dövlət siyasətindən bəhs etdi, Ümummilli Liderimiz Heydər Əliyevin xalqın birliyi yolunda göstərdiyi titanik fəaliyyətin bəhrəsini hər bir vətəndaşımız görür və kursu layiqincə davam etdirən Prezident İlham Əliyevin dini dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan tolerantlığı ilə bu gün bütün dünyaya örnək olduğunu qeyd etdi. Bildirdi ki, Ölkəmizdə mühüm rol oynayan strateji amillərdən biri ictimai siyasi sabitlikdir. Mövcud olan milli həmrəylik, xalq-iqtidar birliyi də ölkəmizin milli gücünün artmasında ifadə olunur.
Xaliq Əliyev Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən 44 günlük Vətən müharibəsində qazanılmış Şanlı Zəfər nəticəsində işğaldan azad edilən tarixi torpaqlarımızda düşmən tərəfindən amansızcasına dağıdılmış məscidlərin, ibadət yerlərinin təmir etdirildiyini diqqətə çatdırmışdır.Bütün bunların Ölkəmizdə dini tolerantlıq mühitinin inkişafı kimi qiymətləndirildiyini bildirmişdir. Rayonda “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələrin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanıldığını, qeydiyyata alınmış dini qurumlar üçün qanunauyğun şərait yaradıldığını, rayon ərazisində dini duruma nəzarət olunması üçün zəruri tədbirlər görüldüyünü nəzərə çatdırmışdır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax Bölgəsi üzrə Şöbəsinin müdiri Natiq Əfəndiyev çıxış edərək ölkəmizin demokratik prinsiplərlə inkişaf edən tolerant bir məkan olduğunu və dövlət tərəfindən bütün dinlərə və təriqətlərə sağlam fəaliyyət üçün şərait yaradıldığını vurğulayıb. Müntəzəm olaraq rayon ərazisində dini durumun vəziyyətini nəzarətdə saxlanılması üçün qanunamüvafiq təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini təmin edildiyini qeyd etdi. Ötən illər ərzində radikalizmə qarşı aparılan mübarizədən danışmış və bu sahədə şöbə ilə İcra Hakimiyyəti, hüquq mühafizə orqanlarının qarşlıqlı fəaliyyətini qeyd etmiş, nəticədə Yevlax rayonunda radikal fəaliyyətin qarşısının alındığını bildirmişdir. N.Əfəndiyev həmçinin qanunvericiliyimizdə son zamanlar edilmiş dəyişikliklərin nəticəsində ali və orta dindarların müsahibədən keçərək din xadimi təyin olunması məsələsini qeyd etmiş, radikalizmlə mübarizədə digər dövlət qurumları ilə birgə fəaliyyətinin önəmli olmasını diqqətə çəkərək və bu sahədə rəsmi din xadimləri arasından ənənəvi dinin əsl islamın mahiyyətinin yayılmasının üstünlük təşkil etdiyini vurğulamışdır.
İclasda çıxış edən Komissiyanın digər üzvləri tərəfindən Azərbaycanda sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun, çoxəsrlik adət-ənənələri olan tolerantlıq şəraitinin bərqərar olduğu, ayrı-ayrı dinlər, dillər və etiqadlar arasında qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq münasibətlərinin hökm sürdüyü,dini durumun sabitliyi istiqamətində maarifləndirmə işlərinin daha da genişləndirilməsi üzrə lazımi tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır.