Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı növbəti vətəndaş qəbulu keçirdi
28 mart 2023 | 13:50
Şəhər İcra Hakimiyyətinin inzibati binasında keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilmiş və onların qaldırdıqları məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunmuş, İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli üçün yerində tapşırıq verilmiş, digər mövzularla bağlı isə aidiyyəti qurumların yerli nümayəndələrinə tapşırıq verilmişdir.
Ümumilikdə qəbul zamanı 20-ə yaxın rayon sakinlərinin müraciətinə baxılmış, şəhid ailələri, qazilər və müharibə iştirakçıları isə növbədənkənar qəbul edilmişdir.