Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax şəhər İcra Hakimiyyəti Başçısı aparatının yevlaxlı məzunları “Son Zəng” Günü münasibətilə təbriki

14 iyun 2023 | 08:33

Əziz məzunlar !
Sizlərin hər birinizi “Son zəng” münasibətilə səmimi-qəlbdən təbrik edir, gələcək həyat yollarınızda böyük uğurlar arzulayırıq.İnsan həyatında elə günlər olur ki, ömür boyu unudulmur. Bu gün məktəbi bitirən siz məzunlar üçün yeni səhifələr açılır. Kiminiz universitet auditoriyalaranda yeni zəngləri salamlayacaqsınız, kiminiz də müxtəlif peşə sahələrində öz məharətinizi və bacarıqlarınızı sınayacaqsınız. Bütün hallarda fərd, şəxsiyyət olaraq cəmiyyətə fəal şəkildə atılacaqsınız.Sizlər bundan sonrakı fəaliyyətinizlə də valideynlərinizi və müəllimlərinizi ürəkdən sevindirəcək, cəmiyyətimizə layiq vətəndaşlar olacaq, Yevlaxımızın adını daima uca tutacaqsınız. Daim Sizin xoş soraqlarınızı eşitmək hər birimizin ən böyük arzusudur. Hansı sahədə çalışmağınızdan asılı olmayaraq Sizin hər biriniz doğma ölkəmizin tərəqqisinə öz töhfələrinizi verməli, vətənimizə layiqli övladlar olmalısınız. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ölkəmizdə 2023-cü il “Heydər Əliyev ili” elan edilmişdir. Sizlər xoşbəxt məzunlarsınız ki, belə tarixi ildə məzun olursunuz. Sizlər həmçinin Qalib Ölkənin qalib Vətəndaşlarısınız, qalib məzunlarısınız. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Zəfərin əldə olunması üçün döyüşərək şəhid olan, qazi olan igid övladlarımız orta məktəblərdə təlim-tərbiyə almış, vətənpərvər ruhda yetişmişlər. Sizlərə də daima vətənimizi, xalqımızı, dövlətimizi sevməyi, dövlətimizə şərəflə xidmət etməyi arzulayıram. Çünki, Vətənimiz hər sahədə Sizə arxalanır.
Məzunlara açıq və uğurlu yol, müəllimlərə zəhmətinin bəhrəsini görməyi, valideynlərə isə övladları ilə bağlı ümidlərinə qovuşmağı arzulayırıq. Məktəb illərinin “Son Zəng” i gələcək və xoşbəxt həyatınızın müjdəçisi olsun.
Bayramınız mübarək!

Keçidlər