Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının "Son Zəng" təbriki!

14 iyun 2024 | 07:41
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının "Son Zəng" təbriki!
Əziz məzunlar, hörmətli müəllimlər, dəyərli valideynlər!
Bu gün bütün ölkə ərazisində olduğu kimi, doğma Yevlaxımızın ümumtəhsil məktəblərində də “Son zəng” tədbirləri keçirilir. Bu gündən məktəbə əlvida deyən məzunlar, həmçinin ilk dəfə məktəb həyatına başlayacaq olan birincilər üçün yeni səhifələr açılır. Sizlərdən kiminiz müstəqil həyata başlayacaq, kiminiz universitet auditoriyalarana qədəm qoyacaq, kiminiz də müxtəlif peşə sahələrində öz məharət və bacarıqlarınızı sınayacaqsınız. Hər biriniz fərd, şəxsiyyət olaraq cəmiyyətə fəal şəkildə atılacaqsınız.
Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş Ölkə təhsilinin inkişafı ilə bağlı həyata keçirilən dövlət siyasəti Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, regionlarımızda yeni məktəb binaları tikilir və yaxud əsaslı təmir edilir, xaricdə təhsil alan azərbaycanlı tələbələrin, beynəlxalq olimpiadalarda qalib adını qazanan şagirdlərimizin sayı ildən-ilə artır.
Bu diqqət və qayğının nəticəsi kimi son 4 ildə Yevlaxımızda 2 məktəb üçün yeni bina inşa edilib, 1 məktəb binası əsaslı təmir edilib, hazırda bir məktəb üçün yeni bina inşa edilir. Həmçinin, bu illər ərzində 1 körpələr evi-uşaq bağçası, 1 körpələr evi əsaslı, 1 körpələr evi-uşaq bağçası isə cari təmir edilmişdir.
Doğma Yevlaxımızın təhsil ocaqları respublikamızın qabaqcıl təhsil ocaqlarından biridir. Özünəməxsus fəaliyyəti ilə seçilən məktəblərimizin nailiyyətləri ildən-ilə daha da artır. İnanırıq ki, rayonumuz təhsil sahəsindəki göstərcilərini növbəti tədris ilində daha da yüksəldəcəkdir.
Əziz məzunlar, əziz birincilər hörmətli müəllimlər, dəyərli valideynlər !
Məzunlarımızı və bu il məktəbə ilk dəfə qədəm qoyan balaca fidanlarımızı təbrik edir,Sizlərə yeni həyatınızda bol-bol uğurlar arzulayırıq.
Bayramınız mübarək!
Keçidlər