Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul şəxsləri Şəhid övladlarını ilk dərsə aparıblar
15 sentyabr 2026 | 14:38
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul şəxsləri Şəhid övladlarını ilk dərsə aparıblar
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul şəxsləri Şəhidlərimizin birinci sinifə gedən övladlarını ilk dərsə aparıblar.
Belə ki, Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Xaliq Əliyev 44 günlük Vətən müharibəsi Şəhidi Salahov Kamil Mətləb oğlunun birinci sinfə gedən övladı Tunar Salahzadəni Aran qəsəbə 2 nömrəli tam orta ümumtəhsil məktəbinə, Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova rayonun 44 günlük Vətən müharibəsi Şəhidi Rəsulov Xəzər Mayıl oğlunun övladı Ömər Rəsulovu Xanabad kənd tam orta məktəbinə, Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının Hüquq və kadr məsələləri sektorunun müdiri Vidadi Murtuzayev 44 günlük Vətən müharibəsi zamanı Şəhidi Bahadurzadə Vüqar Məmməd oğlunun övladı Mələk Bahadurzadəni Malbinəsi kənd tam orta ümumtəhsil məktəbinə ilk dərsə aparıblar.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.






