Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının məsul şəxsləri Şəhid övladlarını birinci sinfə getməsi münasibətilə evlərində ziyarət ediblər

15 sentyabr 2026 | 16:54
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının məsul şəxsləri Şəhid övladlarını birinci sinfə getməsi münasibətilə evlərində ziyarət ediblər
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova və Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini- Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Vasif İsayev, sektorun məsul əməkdaşları Hikmət Kazımlı və Etibar Misirov birinci sinfə getmələri münasibətilə 44 günlük Vətən Müharibəsinin Yevlax rayonundan olan Şəhidləri Budaqov Rəşad Ramiz oğlunun övladı Budaqova Milay Rəşad qızını, Paşayev Əvəz Telman oğlunun övladı Paşayeva Gülnaz Əvəz qızını yaşadıqları Mingəçevir şəhərində, Amanov Əhməd Tahir oğlunun övladı Amanov Tahir Əhməd oğlunu isə yaşadığı Salahlı kəndində ziyarət ediblər.
Ziyarət zamanı Şəhidlərin övladlar Bilik Günü münasibətilə təbrik edilərək, onlara gələcək təhsil həyatlarında uğurlar arzulanıb.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Keçidlər