Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşları 27 Sentyabr-Anım Günü münasibətilə şəhid ailələrini ziyarət edib
26 sentyabr 2026 | 12:44
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşları 27 Sentyabr-Anım Günü münasibətilə şəhid ailələrini ziyarət edib
Ziyarətlər zamanı Vətən uğrunda canlarından keçmiş qəhrəman oğullarımızın əziz xatirəsi ehtiramla yad edilib, keçdiyi şərəfli döyüş yolundan bəhs edilib, ailələrin qayğı və ehtiyacları dinlənilib.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.






