Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının 22 iyul Milli Mətbuat və Jurnalistika Günü münasibətilə media işçilərinə təbriki

22 iyul 2023 | 11:44
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının 22 iyul Milli Mətbuat və Jurnalistika Günü münasibətilə media işçilərinə təbriki
1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin nəşr olunması ilə əsası qoyulan Azərbaycan Milli Mətbuatının yaranmasının 148 il ötür. Qəzet 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu oldu. Keçən illər ərzində Azərbaycan milli mətbuatı zəngin və mənalı bir inkişaf yolu keçmişdir. Azərbaycan xalqının qədim ədəbi və mədəni irsə malik olması, Şərq və Qərb sivilizasiyasının qovuşduğu məkanda formalaşmış mədəniyyəti demokratik milli mətbuatın gələcək inkişafı üçün möhkəm zəmin yaratmışdır.
Milli mətbuatımızın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni mərhələ açdı. Ulu Öndərin Xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Bu gün ölkəmizdə yüzlərlə mətbu orqan - qəzet və jurnal fəaliyyət göstərir. Ulu Öndərin Sərəncamı ilə “Əkinçi” qəzetinin nəşrə başladığı gün - 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunmağa başlandı.
Ulu Öndərin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğı ümummilli liderin layiqli varisi Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin mətbuata və mətbuat nümayəndələrinə həmişə yüksək qiymət vermişdir. Milli mətbuatın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərə fəxri adların verilməsi haqqında sərəncamlar da mətbuata və mətbuat işçilərinə qayğının tərkib hissəsidir.
44 günlük Vətən müharibəsində və müharibədən sonrakı dövrdə media işçiləri tərəfindən nümayiş olunan peşəkarlıq, fədakarlıq və çeviklik sayəsində dünya ictimaiyyətinə müharibə ilə əlaqədar, o cümlədən düşmənin törədiyi hərbi cinayətlər haqqında dolğun məlumatların çatdırılması mümkün oldu. Bu günə qədər fasiləsiz davam edən informasiya müharibəsində mətbuat işçiləri öz peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqlənmişlər.
22 iyul Milli Mətbuat və Jurnalistika Günü münasibətilə bütün mətbuat işçilərini təbrik edir, sizlərə çətin, məsuliyyətli və şərəfli işlərinizdə yeni-yeni uğurlar arzulayırıq!
Peşə bayramınız mübarək!
Keçidlər