Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax şəhər 5 saylı körpələr evi-uşaq bağçası əsaslı təmir olunur

03 iyun 2025 | 15:35
Yevlax şəhər 5 saylı körpələr evi-uşaq bağçası əsaslı təmir olunur
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevanın diqqət, qayğısı sayəsində Respublikamızın hər yerində olduğu kimi Yevlax rayonunda da yeni-yeni təhsil ocaqları, məktəbəqədər təhsil müəssisələri tikilir və ya əsaslı təmir olunur.
Hazırda Yevlax şəhər 5 saylı körpələr evi-uşaq bağçası əsaslı təmir edilir. 1984-cü ildən fəaliyyət göstərən körpələr evi-uşaq bağçasında 4 qrupda 75 uşaq təlim-tərbiyə alır. Təmir işləri çərçivəsində binanın həyətində abadlıq işləri aparılacaq, dam örtüyü, döşəmə, tavan, qapı və pəncərələr dəyişdiriləcək, yeni elektrik xəttləri çəkiləcək, istilik sistemi, söhbətgahlar, oyun qurğuları quraşdırılacaq, yaşıllıq salınacaqdır.
Keçidlər