Yevlax rayonunun Xaldan kəndində şəhidlərin xatirəsinə ucaldılan abidənin açılış mərasimi keçirildi
Yevlax rayonunun Xaldan kəndində şəhidlərin xatirəsinə ucaldılan abidənin açılış mərasimi keçirildi
Mərasimdə Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Milli Məclis sədrinin I müavini, Milli Məclisin deputatı Əli Hüseynli, Milli Məclisin deputatı İlham Məmmədov, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, şəhidlərin ailə üzvləri, yaxınları, müharibə iştirakçıları və digər ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Mərasimdə çıxış edən Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaət və vətənpərvərlikdən söz açaraq bildirdi ki, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanması hər birimiz üçün qürurvericidir. Şəhidlərimizin timsalında biz Prezident, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qüdrətini, gücünü əyani şəkildə gördük. Onlar bizim qəlbimizdəki 30 illik Qarabağ həsrətinə son qoydular. Şəhidlərimiz Azərbaycan oğullarının qəhrəman, igid, yenilməz olduqlarını sübut etdilər. Onlar Azərbaycanın hər bir vətəndaşına örnək olan bir həyat yolu keçdilər. Mən bütün şəhidlərimizin valideynləri qarşısında baş əyirəm. Şəhidlər təkcə valideynlərinin deyil, hər bir azərbaycanlının, Azərbaycanı sevənlərin əzizi, doğmasıdır. Onlar Azərbaycan tarixində, xalqımızın yaddaşında əbədi yaşayacaqlar. Şəhər rəhbəri qeyd etmişdir ki, düşmən ölkə 2020-ci il noyabrın 10-da təslimçilik bəyannaməsini imzalasa da erməni silahlılarının Azərbaycan Ordusuna, dövlətinin suverenliyinə qarşı təxribatları davam edir. Azərbaycan Ordusunun "Qisas" antiterror əməliyyatı nəticəsində şəhidlərin qanını yerdə qalmadı. Həmçinin ordumuz düşmənə nə dərəcədə qərarlı olduğunu bir daha göstərdi. “Qisas" əməliyyatı həm də separatçılara və onlara qoşulmuş hərbi birləşmələrə sarsıdıcı zərbə, ciddi dərs oldu. Müzəffər Ali Baş Komandanın vurğuladığı kimi "Qisas" əməliyyatı bir daha Azərbaycanın gücünü, qüdrətini göstərdi. Qisas əməliyyatı Cənab Prezidentin dəfələrlə "nəyi və nə vaxt edəcəyi" barədə fikirləri müdrik, uzaqgörən və qətiyyətli siyasətin təzahürüdür.
Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. Sağlamlıqlarını torpaq uğrunda itirən Qarabağ əlillərinin mənzil-məişət şəraitləri yaxşılaşdırılır. Şəhid ailələri və əlillərə mütəmadi olaraq yeni mənzillər, avtomobillər verilir. Onların müalicəsi üçün reabilitasiya mərkəzləri açılır və lazım gələndə isə müalicə olunmaq üçün xarici ölkələrə göndərilirlər. Bir sözlə, dövlətin bu təbəqəyə göstərdiyi qayğı göz önündədir və ilbəil artmaqdadır.
Müharibə əlillərinə, şəhid ailələrinə, veteranlara Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti hörmətli Mehriban xanım Əliyeva tərəfindən də yüksək diqqət və qayğı göstərilir.Müharibədə yaralanan qazilərimiz Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunurlar. Şəhid ailə üzvlərinə dövlət tərəfindən müəyyənləşdirilmiş pensiya və müavinətlərin ödənilməsi vaxtı-vaxtında təmin edilir
Milli Məclis sədrinin I müavini, Milli Məclisin deputatı Əli Hüseynli bildirdi ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin qorunmasında şəhid və qazilərimizin, igid vətən oğullarının şücaətindən, Müzəffər Ali Baş Komandan Cənab Prezident İlham Əliyevin qətiyyətli siyasətindən danışmış, qazilərə şəfa, bütün şəhidlərimizə Tanrıdan rəhmət diləyərək, hər birinin xalqımızın ürəyində əsrlər boyu daim yaşayacağını qeyd etdi. Bildirdi ki, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu bir daha dünyaya qüdrətini sübut edərək şəhidlərimizin qisasını aldı, torpaqlarımızı işğaldan azad etdi. Həmçinin şəhid ailələrinin, müharibədə sağlamlığını itirən qazilərin problemləri daim diqqət mərkəzində olduğu, son illər ərzində bu istiqamətdə çox böyük işlər görüldüyü diqqətə çatdırılıb. Birinci və İkinci Qarabağ müharibəsində Yevlax rayonunun Xaldan kəndindən olan şəhidlərimiz heç zaman unudulmayaq.
Şəhid ailələrinin üzvləri çıxışlarında bildirdilər ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında övladların igidliyi nəticəsində Vətən müharibəsində qələbə qazanıldı. Vətən müharibəsində şəhidlərimizin qanı yerdə qalmadı. Övladlarımızın döyüşçü yoldaşları onların yarımçıq qalan işlərini sona qədər tamamladılar. Biz övladlarımızla fəxr edirik.
Həmçinin Şəhid ailələrinin üzvlər ölkəmizdə şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıdan geniş danışdılar,göstərilən diqqət və qayğıya görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Şəhidlərin ruhuna dualar oxundu, xatirə lövhəsinin qarşısına əklillər, tər gül-çiçək dəstələri düzüldü.