Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax rayonunun ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirilmişdir

14 iyun 2024 | 17:00
Yevlax rayonunun ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirilmişdir
Respublikamızın hər yerində olduğu kimi 14 iyun 2024-cü il tarixdə Yevlax rayonunun bütün ümumtəhsil məktəblərində ənənəyə uyğun olaraq «Son zəng» tədbirləri keçirilmişdir.
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Xaliq Əliyev, Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İcitmai siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova,aparatın məsul əməkdaşları, Mərkəzi Aran Regional Təhsil İdarəsinin məsul əməkdaşları, Şəhid valideyinləri, ictimaiyyət nümayəndələri rayondakı tam orta məktəblərdə keçirilən “Son zəng” tədbirində iştirak etmiş, məzunları, onların müəllimlərini və valideynlərini təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzulamışlar.Məzunlar, onların valideynləri və müəllimləri Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı,Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse- Prezidenti hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib, builki məzunlara müstəqil həyatda atacaqları addımlarda uğurlar arzulayıblar. “Son zəng” tədbirləri məktəblilərin musiqili-bədii çıxışları ilə davam etmişdir.
Şəhər İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumlarla birlikdə "Son zəng" tədbirlərinin təhlükəsizlik qaydalarına uyğun təşkili təmin edilmişdir.
Keçidlər