Yevlax rayonunun ümumtəhsil məktəblərində "Son zəng" tədbirləri keçirilmişdir
14 iyun 2025 | 13:24
Yevlax rayonunun ümumtəhsil məktəblərində "Son zəng" tədbirləri keçirilmişdir
“Son zəng” tədbirlərində Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Xaliq Əliyev, Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşları, Şəhər İcra Hakimiyyəti Başçının İnzibati Ərazi Dairələri ürə nümayəndələri, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax sektorunun əməkdaşları, təhsil işçiləri, müəllimlər, valideynlər, şəhid ailələrinin üzvləri və qazilər iştirak etmişlər.
Tədbirlər Dövlət himninin səsləndirilməsi ilə başlamış, Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Çıxışlar zamanı Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevanın təhsilə göstərdikləri diqqət və qayğı nəticəsində ölkədə yüzlərlə orta məktəb tikildiyi, mövcud binaların əsaslı şəkildə təmir olunduğu, təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirildiyi, tədrisin keyfiyyətinin artırılması istiqamətində islahatlar aparıldığı bildirilmişdir. Həmçinin vurğulanmışdır ki, Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifələrindən biri gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə etməkdən ibarətdir.
Tədbirlərdə iştirak edən qonaqlar çıxış edərək məzunlara və valideyinlərə öz təbriklərini çatdırmışlar.
“Son Zəng” tədbirlərində iştirak edən məzunlar, onların valideynləri və müəllimləri Azərbaycan təhsilinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumlarla birlikdə "Son zəng" tədbirlərinin təhlükəsizlik qaydalarına uyğun təşkili təmin edilmişdir.






