Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax rayonunun qəsəbə və kəndlərində "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ağacəkmə aksiyaları təşkil edilmişdir

07 aprel 2024 | 16:07
Yevlax rayonunun qəsəbə və kəndlərində "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ağacəkmə aksiyaları təşkil edilmişdir
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görüləcək işlərlə bağlı Yevlax Şəhər İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq rayonun Aran qəsəbəsində, Balçılı, Ərəbbəsrə, Kövər, Nərimanabad,Qaramanlı,Qaraməmmədli, Qoyunbinəsi, Salahlı, Tanrıqulular Xaldan, Aşağı Bucaq, Yaldili kəndlərində ağacəkmə aksiyaları keçirilib. Ağacəkmə aksiyalarında Şəhər İcra Hakimiyyəti Başçısının İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərinin əməkdaşları, həmçinin bələdiyyələrin üzvləri və sakinlər iştirak etmişlər. Aksiyalar çərçivəsində rayonun iqlim şəraitinə uyğun müxtəlif növ ağac və gül kolları əkilmiş, mövcud yaşıllıqlara qulluq göstərilmişdir.
Keçidlər