Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax rayonunun müxtəlif idarə və təşkilatlarında istifadə olunmuş kağızların təkrar emal müəssisələrinə təhvil verilməsi və elektrik enerjisindən qənaətlə istifadənin təbliğ edilməsi mövzusunda tədbirlər keçirilmişdir

09 avqust 2024 | 14:54

Yevlax rayonunun müxtəlif idarə və təşkilatlarında istifadə olunmuş kağızların təkrar emal müəssisələrinə təhvil verilməsi və elektrik enerjisindən qənaətlə istifadənin təbliğ edilməsi mövzusunda tədbirlər keçirilmişdir
Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbərinin 2024-cü il 20 fevral 024 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə bağlı Tədbirlər Planının 4.8 nömrəli tapşırığının (İstifadə olunmuş kağızların təkrar emal müəssisələrinə təhvil verilməsi və elektrik enerjisindən qənaətlə istifadənin təbliğ edilməsi) icrası ilə əlaqədar olaraq 2024-cü il ərzində Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun müxtəlif idarə və təşkilatlarında istifadə olunmuş kağızların təkrar emal müəssisələrinə təhvil verilməsi və elektrik enerjisindən qənaətlə istifadənin təbliğ edilməsi məqsədilə maarifləndirici tədbirlər keçirilmişdir.
Tədbirlərdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul işçiləri çıxışları zamanı qeyd etmişdirlər ki, günümüzün ən aktual məsələlərindən biri təkrar emaldır. İnsanların sosial və iqtisadi fəaliyyəti nəticəsində, istifadə müddətini bitirmiş və təbiətə zərər verən hər cür material tullantı adlandırılır. Bu tullantıların bir qismini (plastik, metal, kağız, şüşə və.s) fiziki və kimyəvi proseslərə tabe tutaraq yenidən istifadəyə yararlı hala gətirmək mümkündür. Sadə dildə ifadə etsək, yenidən istifadəsi mümkün olan materialların dövri olaraq istehlak prosesinə daxil edilməsi təkrar emal adlanır. Bu prosesin əsas məqsədi təbii sərvətlərin həddindən artıq istifadəsini əngəlləmək və ətraf mühitin çirklənməsinin qarşısını almaqdır. Alüminium, mis, plastik, kağız, kauçuk, şüşə, elektron tullantıları kimi materialların yenidən istehlak prosesinə daxil edilməsi təbii ehtiyatların tükənməsinin qarşısını alacaqdır.
Diskussiya şəklində davam edən tədbirlərdə fikir mübadiləsi aparılmış və iştirakçıları maraqlandıran suallar Yevlax Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları tərəfindən cavablandırılmışdır.

Keçidlər