Yevlax rayonunun meşə fondu torpaqlarında meşəbərpa tədbirləri çərçivəsində müxtəlif növ ağaclar əkilib
31 yanvar 2025 | 13:35
Yevlax rayonunun meşə fondu torpaqlarında meşəbərpa tədbirləri çərçivəsində müxtəlif növ ağaclar əkilib
Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyevin, Meşələrin inkişafı xidmətinin və regional ekologiya idarələrinin əməkdaşlarının iştirakı ilə Cırdaxan meşəbəyliyinin əvvəllər zərərverici və xəstəliklərə yoluxaraq qurumuş ərazisində Şərq çinarı və Eldar şamı ağacları əkilmişdir.