Yevlax rayonunun 4 kəndinin elektrik şəbəkəsi yenilənir
19 iyul 2023 | 09:34
Yevlax rayonunun 4 kəndinin elektrik şəbəkəsi yenilənir
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tapşırıqları əsasında “Azərişıq” ASC bölgələrdə yenidənqurma işlərini davam etdirir.
Yevlax rayonunun Nemətabad,Nərimanabad, Yeni Çobankərə kəndləri və Duzdağ qəsəbəsi də elektrik şəbəkəsi yenilənən ərazilər sırasındadır.
Adı çəkilən kəndlərə elektrik enerjisi Yevlax Elektrik Şəbəkəsinin balansında olan 110/35/10 kv-luq Yevlax yarımstansiyasından çıxan hava xətti vasitəsi ilə verilir. 1960-cı illərdə çəkilmiş bu xətlərin 4 km-ə yaxın hissəsi meşə zolağından keçirdi. Kəskin hava şəraitində qəzaların qaçılmaz olması ilə yanaşı meşə ərazisindən keçdiyi üçün təmiri də vaxt aparırdı.
Hazırda kəndlərə gedən 10 kv-luq hava xəttinin meşə zolağından keçən hissəsini kənarlaşdırmaq üçün mal-material ayrılıb. Yeni dayaqlar basdırılıb, xətlərin çəkilişi davam edir.
Nərimanabad kəndində də yeni dayaqlar basdırılır. Köhnə 0.4 kv-luq xətlər yeni izolyasiyalı kabellərlə əvəzlənir. Həmçinin müasir tipli transformator quraşdırılır və abonenlərin sayğacları yenilənir.Nərimanabad kəndində də yeni dayaqlar basdırılır. Köhnə 0.4 kv-luq xətlər yeni izolyasiyalı kabellərlə əvəzlənir. Həmçinin müasir tipli transformator quraşdırılır və abonenlərin sayğacları yenilənir.
Yenidənqurma işləri yekunlaşdıqdan sonra Nemətabad,Nərimanabad, Yeni Çobankərə kəndlərində və Duzdağ qəsəbəsində yaşayan abonentlər dayanıqlı və fasiləsiz elektrik enerjsi ilə təmin olunacaq.