Yevlax rayonundan olan Şəhid ailələrinin Ağdam rayonuna, Xankəndi və Şuşa şəhərlərinə səfəri təşkil edilmişdir
31 avqust 2025 | 13:39
Yevlax rayonundan olan Şəhid ailələrinin Ağdam rayonuna, Xankəndi və Şuşa şəhərlərinə səfəri təşkil edilmişdir
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində Yevlax rayonundan olan Şəhid ailələri üçün işğaldan azad edilmiş ərazilərə, Ağdam rayonuna, Xankəndi və Şuşa şəhərlərinə səfər təşkil edilmişdir.
Səfərin zamanı Şəhid ailələri Ağdam Şəhidlər Xiyabanını, Cıdır düzünü, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini, Şuşa Şəhidlər Xiyabanını, Şuşa qalasını, Gövhər Ağa məscidini, İsa bulağını, Xankəndidə mərkəzi parkı, Qarabağ Universitetini, Əsgəran qalasını və digər yerləri ziyarət etmiş, işğaldan azad olunmuş ərazilərdə aparılan böyük quruculuq işləri ilə tanış olmuşlar.
Şəhid ailələrinin üzvləri bu ziyarətin vətən uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsinə ehtiramın ifadəsi olduğunu qeyd edərək, səfərin təşkil olumasına, onlara göstərilən yüksək diqqətə, qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.






