Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax rayonunda payızlıq taxıl şum işlərinə başlanılmışdır

24 sentyabr 2024 | 16:04
Yevlax rayonunda payızlıq taxıl şum işlərinə başlanılmışdır
Yevlax rayonunda taxılçılıq əsas təsərrüfat sahələrindən sayılır. Fermerlər təsərrüfatın bu sahəsinə böyük maraq göstərdiklərindən rayonda taxıl məhsullarının istehsalı ilbəil artır.
Hazırda sahələrdə 2025-ci il üçün payızlıq taxıl əkini işləri uğurla aparılır. Taxıl əkiləcək əkin sahələrində şumun keyfiyyyətli aparılması həm mütəxəssislərin, həm də fermerlərin daimi nəzarətindədir. Qısa müddət ərzində 1100 hektar sahədə şum aparılıb. Gündəlik sahələrə əkin işləri üçün 45-dən çox traktor cəlb edilir.
Qeyd edək ki, cari ilin payızında 16000 hektar sahədə səpin aparılması proqnozlaşdırılmışdır. Şumlama işləri davam etdirilir.
Keçidlər