Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax rayonunda pambıq yığımına başlanılıb

14 oktyabr 2023 | 18:00
Yevlax rayonunda pambıq yığımına başlanılıb
2023-cü ildə Yevlax rayonunda pambıqçılıqla məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri tərəfindən 1889,3 hektar sahədə pambıq əkilmişdir ki, bunun da 1619,3 hektarı “MKT İstehsal Kommersiya” MMC ilə, 270 hektarı isə "Goran Cotton" MMC ilə bağlanmış müqavilələr əsasında həyata keçirilmişdir.
2022-ci ildə Yevlax fermerləri tərəfindən 8571,82 ton pambıq yığılaraq məhsuldarlıq 31,72 sentner olmuşdur. Pambıq əkən mülkiyyətçilərimiz bu il sahələrdən daha yüksək məhsuldarlıq əldə etmək üçün var qüvvələri ilə çalışaraq aqrotexniki işləri vaxtında və keyfiyyətlə aparmışlar. Sahələrə göstərilən düzgün aqrotexniki tədbirlər - kultivasiya, seyrəltmə, gübrələmə, suvarma işlərinin, sofkaya, mənənəyə və digər zərərvericilərə qarşı dərmanlama tədbirlərinin vaxtlı vaxtında həyata keçirilməsi nəticəsində bu il də tarlalarda bol məhsul yetişib.
Qeyd edək ki, yevlaxlı “ağ qızıl” ustaları əvvəlki illərdə olduğu kimi, bu təsərrüfat ilində də pambıq sahələrindən yüksək məhsuldarlıq əldə etməyi qarşılarına məqsəd qoyaraq, strateji məhsulun tədarükündə əvvəlki illərdə olduğu kimi bu il də respublikanın qabaqcılları sırasında durmağı hədəfləyirlər. Hazırda fermerlər tərəfindən hər gün 250 tondan çox məhsul yığılır. Bu il rayonda hər hektardan 32 sentnerdən çox pambıq yığılması planlaşdırılır.
Rayonda pambığın tez və itkisiz yığımını təşkil etmək məqsədilə 9 ədəd pambıqyığan kombayn, 36 ədəd traktor və 55 ədəd müxtəlif növ texnika işlərə cəlb edilib.
Keçidlər