Yevlax rayonu Xaldan kənd "Cümə" məscidində Ramazan ayı münasibətilə iftar süfrəsi açılmışdır
10 aprel 2024 | 13:44
Yevlax rayonu Xaldan kənd "Cümə" məscidində Ramazan ayı münasibətilə iftar süfrəsi açılmışdır
İftar süfrəsində Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli, Milli Məclisin deputatı İlham Məmmədov, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbə müdiri Natiq Əfəndiyev, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, din adamları insanlar və aztəminatlı ailələrin üzvləri iştirak etmişlər.
Əvvəlcə iştirakçılar xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş Şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
İftar süfrəsində çıxış edən Milli Məclisin deputatı Əli Hüseynli saflıq və mərhəmətin rəmzi olan bu bayramda xalqımıza eləcə də doğma yevlaxlılara əmin-amanlıq, ruzi-bərəkət arzuladı və Ramazan bayramı münasibəti ilə səmimi təbriklərini çatdırdı.
Yevlax rayonu Xaldan kənd “Cümə” məscidinin imamı Elşən Osmanov “Qurani-Kərim” dən ayələr və Ramazan duaları oxudu, müqəddəs kitabımız olan «Qurani Kərim»in bizə nazil olduğu bu ayın fəzilətindən danışdı.
İftar mərasimində iştirak edən şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları və aztəminatlı ailələr, kəndin sakinləri onlara göstərilən diqqət və qayğıya görə Ölkə rəhbəri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.