Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax rayonu ərazisində normadan artıq yağan yağışın fəsadlarının aradan qaldırılması məqsədilə işlər görülür

16 aprel 2025 | 17:03
Yevlax rayonu ərazisində normadan artıq yağan yağışın fəsadlarının aradan qaldırılması məqsədilə işlər görülür
14 aprel 2025-ci il tarixdə gecə saatlarından başlayaraq Yevlax rayonu ərazisində normadan artıq yağıntı olması yağması nəticəsində şəhərin kanalizasiya xəttləri su axınını çatdırmadığından yağış suları Heydər Əliyev prospektinə dolmuşdur.
Yevlax Şəhər İcra Hakimiyyəti və Şəhər Fövqəladə Hallar Komissiyası tərəfindən gecə saatlarından etibarən yağışın yaratdığı fəsadların aradan qaldırılması məqsədilə aidiyyəti qurumların iştirakı ilə müvafiq tədbirlər görülmüşdür.
Şəhərin Heydər Əliyev prospektinə, eləcə də digər küçələrə dolmuş yağış suyunun çəkilməsi üçün aidiyyəti qurumlar cəlb olunmuşdur.
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən bu istiqamətdə işlər davam etdirilir.
Keçidlər