Yevlax rayon ərazisindəki qəbiristanlıqlarda iməciliklər təşkil edilib
15 mart 2026 | 14:39
Yevlax rayon ərazisindəki qəbiristanlıqlarda iməciliklər təşkil edilib
Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə qarşıdan gələn Müqəddəs Ramazan bayramı və xalqımızın qədim adət və ənənələrini özündə birləşdirən Novruz bayramı ərəfəsində rayon ərazisindəki qəbiristanlıqlarda iməcilik təşkil edilib. Həyata keçirilən iməciliklərdə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin, bələdiyyələrin kollektivləri, ictimaiyyət nümayəndələri və sakinlər iştirak edib.
İməciliklər zamanı qəbirlərin ətrafı təmizlənib, məzar daşları səliqəyə salınıb, qəbiristanlıqların ərazisindəki alaq otlarının biçilərək ərazidən daşınması təmin edilib.






