Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Rayon Ağsaqqallar Şurasının hesabat iclası keçirilib

22 sentyabr 2026 | 18:05
Yevlax Rayon Ağsaqqallar Şurasının hesabat iclası keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətinin inzibati binasında Rayon Ağsaqqallar Şurasının hesabat iclası keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzüb, Dahi şəxsiyyətin əziz və müqəddəs xatirəsini ehtiramla yad ediblər.
Toplantıda Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Respublika Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Ağalar Vəliyev və rayon ağsaqqalları iştirak ediblər.
İclasda Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Videofilm nümayiş etdirilib .
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev çıxışında ağsaqqalların cəmiyyət həyatında mühüm rolundan danışıb. Eyni zamanda bildirib ki, Xalqımızın Ümummilli Lideri Heydər Əliyev daim ağsaqqallara böyük hörmət və ehtiram göstərib, onların zəngin həyat təcrübəsini və müdrik məsləhətlərini cəmiyyət üçün mühüm mənəvi sərvət kimi dəyərləndirib. Ulu Öndərin ağsaqqallara göstərdiyi diqqət və qayğı bu gün də dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi davam etdirilir. Ulu Öndərin siyasətini bütün sahələrdə uğurla davam etdirən Möhtərəm Prezidentimiz cənab İlham Əliyev ağsaqqalların cəmiyyət həyatındakı roluna yüksək qiymət verir, onların dövlətçilik ənənələrinin qorunmasında, milli-mənəvi dəyərlərin yaşadılmasında və gənc nəslin düzgün istiqamətləndirilməsindəki xidmətlərini daim diqqətdə saxlayır. Şəhər rəhbəri qeyd edib ki, Azərbaycanın Birinci Vitse-prezidenti, hörmətli Mehriban xanım Əliyevanın da ağsaqqallara və yaşlı nəslin nümayəndələrinə göstərdiyi diqqət və qayğı xüsusi əhəmiyyət daşıyır. Onun təşəbbüsü və həyata keçirdiyi sosial və humanitar layihələr cəmiyyətin bütün təbəqələrinə, o cümlədən yaşlı nəslin nümayəndələrinə dövlət qayğısının bariz nümunəsidir.
Çıxış edən Respublika Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Ağalar Vəliyev ağsaqqalların cəmiyyətin mənəvi dayaqlarından biri olduğunu bildirib. O, ağsaqqalların dövlətçilik, milli-mənəvi dəyərlərin qorunması və gənc nəslin düzgün istiqamətləndirilməsi istiqamətində mühüm rol oynadığını qeyd edərək, rayon ağsaqqallarının ictimai proseslərdə fəal iştirakını yüksək qiymətləndirib və Şuranın qarşıdakı dövrdə də öz fəaliyyətini daha da genişləndirəcəyinə əminliyini ifadə edib.
Sonra Yevlax Rayon Ağsaqqallar Şurasının hesabatı dinlənilib. Ötən dövr ərzində görülmüş işlər, həyata keçirilmiş tədbirlər, ağsaqqalların ictimai-mədəni həyatda iştirakı və qarşıda duran vəzifələr barədə məlumat verilib.
Rayon Ağsaqqallar Şurasının üzvləri Xaləddin Niftəliyev, İsrayıl Qorçiyev, Hümbət Əhmədov və Eldəniz Mustafayev çıxış edərək ölkəmizdə ağsaqqallara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Keçidlər