Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Rayon Ağsaqqallar Şurasının hesabat iclası keçirildi

04 iyun 2024 | 19:55
Yevlax Rayon Ağsaqqallar Şurasının hesabat iclası keçirildi
Hesabat iclasında Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Respublika Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Ağalar Vəliyev, aparat rəhbəri Ramin Həsənli, rayon Ağsaqqallar Şurasının idarə heyətinin üzvləri, ziyalılar iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin Şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, Ulu Öndərin müqəddəs ruhuna öz ehtiramlarını bildirdilər.
Sonra tədbir Yevlax Şəhər İcra Hakimiyyətinin inzibati binasında davam etdirildi.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev iştirakçıları salamlayaraq ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli vərdişlərdən uzaq sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu diqqətə çatdırıb.
Respublika Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Ağalar Vəliyev çıxışında Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizin ictimai-siyasi həyatında ağsaqqalların rolunun artdığını və cəmiyyətimizin bütün sahələrində fəallıqları təmin edilib. Bu diqqət və qayğı hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Son illərdə tarixi Zəfərimizin reallıqları fonunda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi inkişaf strategiyasından bəhs edib. İşğaldan azad edilmiş ərazilərimizlə yanaşı, digər regionlarımızın da inkişaf etdirilməsinə böyük diqqət ayrıldığını vurğulayıb.
Rayon Ağsaqqallar Şurasının sədri Minnət Mürsəlov illik hesabat məruzəsi ilə çıxış edərək qeyd edib ki, Şuranın üzvləri şəhərin ictimai-siyasi həyatında yaxından iştirak edir, gənc nəslin milli-mənəvi dəyərlərimizə və doğma Vətənimizə hörmət ruhunda formalaşdırılması istiqamətində keçirilən təbliğat maarifləndirmə tədbirlərində yaxından iştirak edirlər.
Çıxış edən rayon ağsaqqallar Şurasının üzvləri Vahid Quliyev,Fərman Kazımov, Sərdar Məmmədov ölkəmizdə həyata keçirilən ictimai işlərdə bundan sonra da yaxından iştirak edəcəklərini vurğulayıblar. Ağsaqqallar onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Yevlax rayonunun ictimai-siyasi həyatında fərqləndiklərinə görə rayon ağsaqalları Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif olundular.
Keçidlər