Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax məktəbliləri Ulu Öndərə olan sevgilərini hərbi paradda nümayiş etdirdilər

10 may 2022 | 14:06

 

Yevlaxda Xalqımızın Ümumilli Lideri, dahi şəxsiyyət, əbədiyaşar insan Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə Yevlax məktəblilərinin hərbi paradı keçirilib. Paradda iştirak edən hərbi geyimli yüzlərlə məktəbli Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olan texnikaların maketlərinin müşayəti ilə şəhərin mərkəzi prospektində Ümummilli Lider Heydər Əliyevin abidəsinin qarşısından keçiblər.

Şuşa qalasının maketinin nümayişi, peşəkar aktyorların canlandırdığı Qarabağ xanı Pənahəli xanın, Xan qızı Xurşudbanu Natəvanın obrazlarının iştirakı parada xüsusi rəng qatdı.

Hərbi marşların sədaları altında keçən paradda Yevlax məktəbliləri Ulu Öndərə olan sevgilərini, məhəbbətlərini bir daha nümayiş etdirdilər.

Yevlax sakinlərinin və rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi paradda əsl bayram əhval ruhiyyəsi yaşandı.

Keçidlər