Yevlax məktəblərində "Son zəng" tədbirləri keçirilib
Tədbirlərdə Şəhər İcra Hakimiyyətinin Başçısının müavinləri İlqar Hüseynov, Elnarə Əzizova, və Şəhər İcra Hakimiyyəti Başçısı aparatının digər məsul işçiləri, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax sektorunun müdiri Namidə Abbasova, təhsil işçiləri, müəllimlər, valideynlər iştirak edib.
Tədbirlərdə çıxış edənlər Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin və və Birinci Vitse-Prezident Mehriban Əliyevanın təhsilə göstərdikləri diqqət və qayğı nəticəsində ölkədə yüzlərlə orta məktəb tikildiyini, mövcud binalar əsaslı şəkildə təmir olunduğunu, təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirildiyini, tədrisin keyfiyyətinin artırılması istiqamətində islahatlar aparıldığını bildiriblər. Həmçinin vurğulayıblar ki, Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifələrindən biri gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə etməkdən ibarətdir. Çıxışçılar onbirincilərə gələcək həyatlarında uğurlar arzulayıblar.
Sonda məktəblilər tərəfindən mahnı və rəqslərdən ibarət kompozisiyalar təqdim olundu.