Yevlax məktəblərində “Son zəng” tədbirləri keçirildi
14 iyun 2023 | 19:37
Yevlax məktəblərində “Son zəng” tədbirləri keçirildi
Respublikamızın hər yerində olduğu kimi 14 iyun 2023-cü il tarixdə Yevlax rayonunun bütün tam orta məktəblərində ənənəyə uyğun olaraq «Son zəng» tədbirləri təntənəli şəkildə qeyd olunmuşdur.Bununla əlaqədar məktəblərdə şagirdlər və pedaqoji kollektivlər tərəfindən hazırlıq işləri aparılmış, onlar bilik bayramının yüksək səviyyədə keçirilməsi, məzunların yaddaşlarında uzun illər ərzində qalması üçün əllərindən gələni etmişlər.
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İcitmai siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova,aparatın məsul əməkdaşları, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Mərkəzi Aran Regional Təhsil İdarəsinin məsul əməkdaşları, İdarənin Yevlax rayon üzrə Təhsil sektorunun müdiri Namidə Abbasova, Şəhid valideyinləri, ictimaiyyət nümayəndələri rayondakı tam orta məktəblərdə keçirilən “Son zəng” tədbirində iştirak etmiş, məzunları, onların müəllimlərini və valideynlərini təbrik etmişlər. Tədbirlərdə həmçinin qeyd edilib ki, Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təhsilinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər gənclərimizin savadlı, rəqabətə qadir, həm də əsl vətəndaş kimi yetişməsində əvəzsiz rol oynayır. Bu gün Azərbaycanın gələcəyi üçün layiqli, ləyaqətli və vətənpərvər gənclər yetişir. Azərbaycan gənclərinin təhsil almaları üçün dünyanın aparıcı ali təhsil müəssisələrində ölkəmiz üçün prioritet hesab olunan ixtisaslar üzrə təhsil almaları üçün hər çür şərait yaradılıb. Belə bir mühitdə təhsil alan məzunlar Azərbaycanın inkişaf etdirilməsi üçün çalışmalı, ölkəmizin uğurlarına yeni uğurlar qazandırmaq üçün bütün qüvvələrini sərf etməlidirlər.
Çıxışlarda vurğulanıb ki, Respublikamızda təhsilinin inkişafında Heydər Əliyev Fondunun müstəsna xidmətləri də xüsusi vurğulanmalıdır.Heydər Əliyev Fondu tərəfindən məktəblər əsaslı şəkildə təmir olunur, məktəblilərin təhsil almaları üçün lazımi şərait yaradılır. Ölkədə təhsilin səviyyəsinin artırılması, təhsil müəssisələrinin əsaslı təmiri, yenilərinin tikintisi, onların bütün ləvazimatlarla təminatı və təhsil işçilərinə olan qayğı Azərbaycan Respublikasının Birinci Vitse - Prezidenti hörmətli Mehriban xanım Əliyevanın təhsilə olan diqqətinin bariz nümunəsidir. Tədbirlərdə müstəqil həyatın astanasında duran məzunlara uğurlar, olkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzulamış, məktəbin pedaqoji kollektivinə gələcək işlərində uğurlar diləmişdir.
“Son Zəng” tədbirlərində iştirak edən məzunlar, onların valideynləri və müəllimləri Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı,Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse- Prezidenti hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib, bu ilki məzunlara müstəqil həyatda atacaqları addımlarda uğurlar arzulayıb. “Son zəng” tədbirləri məktəblilərin musiqili-bədii çıxışları ilə davam etmişdir.
Şəhər İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumlarla birlikdə "Son zəng" tədbirlərinin təhlükəsizlik qaydalarına uyğun təşkili təmin edilmişdir.