Şriftin ölçüsü :

Saytın rəngi :

«Yevlax Gənclər Evi» sosial xidmət müəssisəsi tərəfindən əyləncəli idman tədbiri keçirilmişdir

24 iyun 2022 | 20:41

«Yevlax Gənclər Evi» sosial xidmət müəssisəsi tərəfindən əyləncəli idman tədbiri keçirilmişdir

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Bizim həyət" layihəsi çərçivəsində Yevlax şəhərinin Heydər Əliyev prospektindəki 10 saylı ünvanda yerləşən çoxmənzilli ictimai yaşayış binasının həyətində yenidənqurma işləri aparılmış həyət müasir görkəm almışdır. Həmin ünvanda, eləcə də şəhərin digər ərazilərində yaşayan sakinlər bu həyətdə asudə vaxtlarını xoş və mənalı keçirirlər.
«Yevlax Gənclər Evi» sosial xidmət müəssisəsi tərəfindən qeyd edilən ünvanda maraqlı və əyləncəli idman tədbiri keçirilmişdir.
Belə ki, tədbir çərçivəsində uşaqlar və yeniyetmə gənclər açıq səma altındakı idman qurğularında müxtəlif idman hərəkətləri etmiş, xalq oyunları, milli,həmçinin digər ölkələrin populyar rəqslərinini ifa etmiş, mini-futbol, şahmat yarışlarında güclərini sınamış,həmçinin trenajorlarda dartınma və gərilmə hərəkətləri yerinə yetirmişlər.

Keçidlər