Şriftin ölçüsü :

Saytın rəngi :

Yenicə kəndində səyyar qəbul keçirilmişdir

17 oktyabr 2024 | 13:02
Yenicə kəndində səyyar qəbul keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev tərəfindən vətəndaşların problemlərinin yerində öyrənilərək həll edilməsi məqsədilə növbəti səyyar qəbul rayonun Yenicə kəndində keçirilmişdir. Qəbulda Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Səyyar qəbul zamanı vətəndaşların təklif, müraciət və şikayətləri dinlənilmiş, qaldırılan məsələlərin bir qisminin həllinə yerində köməklik göstərilmiş, araşdırılmasına ehtiyac olan digər məsələlərin həlli barədə isə aidiyyəti müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar, tövsiyyələr verilmiş, vətəndaş məmnunluğu təmin edilmişdir.
Keçidlər