Şriftin ölçüsü :

Saytın rəngi :

"Yaşıl dünya naminə həmrəylik İli” çərçivəsində növbəti ağacəkmə aksiyası rayonun Xanabad kəndində keçirilmişdir

26 mart 2024 | 13:32
"Yaşıl dünya naminə həmrəylik İli” çərçivəsində növbəti ağacəkmə aksiyası rayonun Xanabad kəndində keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik İli” çərçivəsində təbiətin qorunmasına töhfə vermək, ətraf mühiti sağlamlaşdırmaq və yaşıllıqları artırmaq məqsədilə növbəti ağacəkmə aksiyası Heydər Əliyev Fondu tərəfindən inşa edilən 360 şagird yerlik A.Əzizov adına Xanabad kənd tam orta məktəbinin həyətində keçirilmişdir. Aksiyada Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı aparatının məsul əməkdaşları, Yuxarı Şirvan Kanalı İstismar İdarəsinin və Xanabad kənd tam orta məktəbinin kollektivləri iştirak etmişlər. Aksiya çərçivəsində məktəbin həyətində ərazinin yerli iqlimə uyğun olaraq Eldar şamı, kiparis ağacları əkilmişdir.
Aksiya zamanı əkilən ağacların diblərinin bərkidilməsi və suvarılması məsələləri həll edilmişdir.
Ağacəkmə aksiyalarının il ərzində davam etdirilməsi nəzərdə tutulub.
Keçidlər