Şriftin ölçüsü :

Saytın rəngi :

Yaponiyanın Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi Yevlax şəhərinə səfər edib.

26 yanvar 2023 | 14:25

Yaponiyanın Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi Yevlax şəhərinə səfər edib.
Əvvəlcə Yevlax şəhər İcra hakimiyyətinin Başçısı Anar Tağıyev səfirlə görüşüb. Görüşdə Şəhər rəhbəri səfir Vada Cüniçiyə rayonun tarixi, əhalisi, məşğuliyyəti və sosial-iqtisadi inkişafı haqqında geniş məlumat verib və görülən işlərdən danışıb. Həmçinin Yapon və Azərbaycan xalqlarının dostuluğundan, Azərbaycan hökuməti ilə Yaponiya hökumətinin geniş hərtərəfli əlaqələrindən və bu əlaqələrin günü-gündən inkişafından danışılıb.
Səfir Vada Cüniçi iki ölkə arasında hərtərəfli münasibətlərdən, həyata keçirilən sosial layihələrdən söhbət edib. Səfir göstərilən diqqətə görə minnətdarlıq etmişdir və qarışıqlıqlı əməkdaşlığın xalqlarımız arasındakı dostluğun daha da möhkəmlənməsinə xidmət etdiyini bildirmişdir.
Daha sonra Şəhər İcra Hakimiyyəti Başçısı Anar Tağıyev və səfir Vada Cüniçi rayonda fəaliyyət göstərən “Az-Varvara” MMC-də olublar. Burada qonaqlar müəssisə ilə yaxından tanış olub və istehsal prosesi barədə məlumat alıblar.

Keçidlər