Şriftin ölçüsü :

Saytın rəngi :

Yaldili kənd sakinlərinin müraciətləri dinlənilmişdir

11 dekabr 2024 | 18:47
Yaldili kənd sakinlərinin müraciətləri dinlənilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev vətəndaşların mövcud problemlərini yerində öyrənib həllini sürətləndirmək məqsədilə növbəti səyyar qəbulunu rayonun Yaldili kəndində keçirmişdir. Səyyar qəbulda Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, ŞİH başçısı aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və kənd sakinləri iştirak etmişlər. Şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən vətəndaşların təklif, müraciət və şikayətləri dinlənilmişdir.
Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində həllini tapmış, araşdırılmasına ehtiyac olan digər məsələlər isə aidiyyəti müəssisə və təşkilat rəhbərlərinə tapşırılaraq nəzarətə götürülmüşdür.
Keçidlər