Xəqani küçəsinə yeni asfalt örtüyü salınmışdır
16 noyabr 2024 | 14:59
Xəqani küçəsinə yeni asfalt örtüyü salınmışdır
Yevlaxda həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə işlər davam etdirilir.
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən ümumi uzunluğu 860 metr, eni 8 metr olan Xəqani küçəsinin 480 metr hissəsinə 3840 kv metr yeni asfalt örtüyü salınmış, küçənin asfaltlanması başa çatdırılmışdır.
Məlumat üçün bildiririk ki, 2023-cü ildə adıçəkilən küçənin 380 metr olan hissəsinə 2850 kv metr asfalt örtüyü salınmış, yararsız vəziyyətdə olan kanalizasiya xətləri təmir edilərək yenidən qurulmuşdur.
Əlavə olaraq qeyd edirik ki, Yevlax şəhərində sakinlərin rahat hərəkətinin təmin edilməsi məqsədilə küçələrin yenidən qurulması və abadlaşdırılması işləri mərhələli şəkildə davam etdirilir.