Xanlar Məmmədov adına Aşağı Qarxun kənd tam orta ümumtəhsil məktəbində təmir işləri yekunlaşmaq üzrədir
29 avqust 2026 | 11:04
Xanlar Məmmədov adına Aşağı Qarxun kənd tam orta ümumtəhsil məktəbində təmir işləri yekunlaşmaq üzrədir
Yeni tədris ili ərəfəsində Yevlax rayonunun Xanlar Məmmədov adına Aşağı Qarxun kənd tam orta ümumtəhsil məktəbi təmir olunur. Təmir işləri çərçivəsində məktəbin dam örtüyü, pəncərələri dəyişdirilib, yeni sanitar qovşaq tikilib.
Görülən işlər yeni tədris ilində məktəbin müəllim və şagird kollektivi üçün daha rahat və əlverişli mühit yaratmaqla yanaşı, şagirdlərin keyfiyyətli təhsil almalarına və tədris prosesinin daha səmərəli təşkilinə öz töhfəsini verəcək.
Qeyd edək ki, 11 sinif komplektindən ibarət 230 nəfər şagirdin təhsil aldığı Yevlax rayonu Xanlar Məmmədov adına Aşağı Qarxun kənd tam orta ümumtəhsil məktəbi 1981-ci ildə inşa edilib. Hazırda davam edən təmir işlərinin yeni tədris ili başlayanadək tam yekunlaşacağı planlaşdırılır.






