Şriftin ölçüsü :

Saytın rəngi :

Xanabad kəndində səyyar qəbul keçirildi

02 iyun 2022 | 14:05

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyevin növbəti səyyar qəbulu rayonun Xanabad kənd sakinləri ilə keçirilib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, rayonun xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Görüş zamanı Şəhər Rəhbəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ölkəmizin qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsində şəhidlərimizin, qazilərimizin, veteranlarımızın keçdiyi şərəfli döyüş yolundan, Xanabad kəndinin eləcə də rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, görülən, həmçinin görüləcək işlərdən danışıb.
Sonra qəbulda iştirak edən vətəndaşlar dinlənildi, onların qaldırdıqların məsələlərin, onları narahat edən problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq qurumlara tapşırıqlar verildi. Qaldırılan bir çox məsələlər yerindəcə öz həllini tapıb. İcra hakimiyyətinin səlahiyyələri daxilində olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyatı qurumlara yönləndirilmək üçün qeydiyyata alındı.
Səyyar qəbuldan məmnun qalan sakinlər onlara yaradılan belə şəraitə, insanların problemlərinin həlli istiqamətində həyata keçirilən işlərə görə Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci Vitse Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər