Şriftin ölçüsü :

Saytın rəngi :

Xanabad kəndində Şəhid ailələri ziyarət edildi

16 aprel 2023 | 12:40
Xanabad kəndində Şəhid ailələri ziyarət edildi
Yevlaxda şəhidlərin ailələrinin ziyarəti davam etdirilib. Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev növbəti ziyarət zamanı rayonun Xanabad kəndində Vətən Müharibəsi şəhidləri İsmayılov Kənan Mənsur oğlunun, İsmayılov İntiqam İlqar oğlunun və Rəsulov Xəzər Mail oğlunun ailələri ilə görüşüb.
Şəhid ailələri ilə görüşdə Şəhər rəhbəri qeyd edib ki, torpaqlarımızın düşmən işğalından azad edilməsi üçün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Dəmir yumruğu ətrafında birləşərək canlarını fəda edən igidlərimizin qəhrəmanlıqları heç vaxt unudulmayacaq. Nə qədər ki Dövlətimiz və xalqımız var, Şəhidlərimiz də yaşayacaq.
Ölkə rəhbərliyinin şəhid ailələrinə göstərdiyi diqqət və qayğısından söz açan Şəhər rəhbəri bu qayğının bundan sonra da davam etdiriləcəyini bildirdi. Görüşlərdə İcra başçısı şəhid valideynləri, onların ailə üzvlərinin sosial-məişət qayğıları, qarşılaşdığı problemlərlə xüsusi maraqlanıb, eyni zamanda, müraciətlərini dinləyərək həlli ilə bağlı müvafiq göstərişlər verib.
Şəhidlərin ailə üzvləri övladlarının vətən uğurunda canlarından keçdiyini, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı ilə Şanlı Ordumuzun Möhtəşəm Zəfər nəticəsində şəhidlərin qanının yerdə qalmadığını qürur hissi ilə qeyd etdilər.Ailə üzvləri onlara göstərilən diqqətdən məmnun olduqlarını bildirdirlər yanaşı, buna diqqət qayğıya görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə, Birinci Vitse-Prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.
Keçidlər