Xaldan kəndində səyyar vətəndaş qəbulu keçirilmişdir
09 oktyabr 2025 | 15:21
Xaldan kəndində səyyar vətəndaş qəbulu keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev növbəti səyyar vətəndaş qəbulunu rayonun Xaldan kəndində keçirmişdir. Qəbulda Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidməti təşkilatların rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Səyyar qəbulda kənd sakinlərinin müxtəlif məzmunlu müraciətləri dinlənilərək bir sıra məsələlər yerindəcə həll olunmuş, vaxt tələb edən digər məsələlərin həlli isə əlaqədar aidiyyəti təşkilat rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıqlar, tövsiyələr verilmişdir.






