Şriftin ölçüsü :

Saytın rəngi :

Xaldan kəndində sakinlərin müraciətləri dinlənildi

25 oktyabr 2023 | 13:50
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev qrafikə uyğun olaraq növbəti səyyar qəbulunu rayonun Xaldan kəndində keçirib. Xaldan kənd kompleks tam orta məktəbinin akt zalında keçirilən qəbulda ŞİH Başçısının müavinləri, aparatın şöbə müdirləri, rayonun hüquq mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Qəbulda sakinlər onları narahat edən müxtəlif məzmunlu məsələlərlə bağlı müraciətlər etdilər.Müraciətlərin bir qismi yerində həll olundu, Şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata götürüldü.
Görüşün sonunda qəbulda iştirak edən sakinlər onlara göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Keçidlər