Xaldan kəndində İcra Hakimiyyəti Başçısının səyyar qəbulu keçirilmişdir
03 oktyabr 2024 | 13:55
Xaldan kəndində İcra Hakimiyyəti Başçısının səyyar qəbulu keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev növbəti səyyar vətəndaş qəbulunu rayonun Xaldan kəndində keçirmişdir. Qəbulda ŞİH-i Başçısı Aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidməti təşkilatların rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Qəbulun gedişində kənd sakinləri söz alaraq elektrik sayğacında yaranmış problemin həlli, işlə təmin olmaqla, həyətyanı torpaq sahəsinin verilməsi, ünvanlı dövlət sosial yardımının təyin edilməsi və sairlə bağlı xahişlər etmişlər. Müraciətlərin bir hissəsi yerindəcə dərhal həll olunmuşdur. Bəzi məsələlər haqqında isə qanunamüvafiq izahat verilmişdir.
İcra başçısı tərəfindən, səsləndirilmiş mövcud problemlərin həlli ilə bağlı, aidiyyəti təşkilat rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıqlar, tövsiyələr verilmişdir.