Şriftin ölçüsü :

Saytın rəngi :

Xaldan kənd sakinləri tərəfindən səsləndirilmiş müraciət öz həllini tapmışdır

29 mart 2026 | 12:50
Xaldan kənd sakinləri tərəfindən səsləndirilmiş müraciət öz həllini tapmışdır
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Anar Tağıyevin rayonun Xaldan kəndində keçirdiyi növbəti səyyar vətəndaş qəbulu zamanı sakinlər kəndarası yolların təmir olunmasına köməklik göstərilməsini xahiş etmişlər. Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən Xaldan bələdiyyəsinə müraciətlə bağlı tədbirlərin görülməsi tövsiyə edilmişdir.
Bələdiyyə tərəfindən Xaldan kənd sakinlərinin müraciətində qeyd olunan kənddaxili yollara daş-çınqıl materialı tökülmüş, texnikalar vasitəsilə hamarlanmış, vətənaş məmnunluğu təmin edilmişdir.
Onu da qeyd etmək istəyirik ki, Xaldan bələdiyyəsi tərəfindən bələdiyyənin inzibati ərazisinə daxil olan digər kəndlərdə də bu işlərin həyata keçirilməsi nəzərdə tutulur.
Keçidlər