Vətəndaşlarla növbəti görüş rayonun Aşağı Salamabad kəndində keçirildi
05 iyun 2025 | 13:06
Vətəndaşlarla növbəti görüş rayonun Aşağı Salamabad kəndində keçirildi
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev tərəfindən növbəti səyyar qəbul rayonun Aşağı Salamabad kəndində keçirildi. Aşağı Salamabad kənd tam orta məktəbin həyətində keçirilən səyyar qəbulda rayonun hüquq mühafizə orqanlarının, aidiyyəti xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Kənd sakinlərinin müxtəlif mövzularda müraciətləri dinlənildi, həlli mümkün məsələlər barədə aidiyyəti qurumlara tapşırıq və tövsiyyələr verildi.
Şəhər İcra Hakimiyyətinin səlahiyyətlərindən kənar müraciətlər isə aidiyəti qurumlara çatdırılması üçün qeydiyyata alındı.
Sonda sakinlər onlara yaradılmış nümunəvi həyat və sosial şəraitə, göstərilən diqqətə, qayğıya görə ölkə başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya səmimi minnətdarlıqlarını ifadə etmişlər.