Vətəndaşların müxtəlif məzmunlu müraciətləri dinlənildi
20 dekabr 2022 | 13:58
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin operativ həlli ilə bağlı göstərişlərinə uyğun olaraq Yevlaxda növbəti vətəndaş qəbulu keçirilib. Şəhər İcra Hakimiyyətinin inzibati binasında baş tutan vətəndaş qəbulunda Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev vətəndaşların müxtəlif məzmunlu müraciətlərini dinlədi, qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlarını verdi.