Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşların müxtəlif məzmunlu müraciətləri dinlənildi

10 iyul 2023 | 13:17
Vətəndaşların müxtəlif məzmunlu müraciətləri dinlənildi
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev tərəfindən hər həftə təsdiqlənmiş qrafikə uyğun olaraq vətəndaşlarla mütəmadi yerlərdə keçirilən görüşlər,həmçinin Şəhər İcra Hakimiyyətinin inzibati binasındakı fərdi qəbullar davam etdirilir. Şəhər rəhbərinin növbəti qəbulu zamanı rayon sakinlərinin müxtəlif məzmunlu müraciətləri dinlənilmişdir. Şəhid ailələri, qazilər və veteranlar növbədənkənar qəbul edilmişdir. Qəbulda bır sıra məsələlər yerindəcə həllini tapmışdır. Digər problemlərin həlli aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülmüşdür.
Qəbul zamanı sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə Şəhər icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi.
Sakinlər qaldırılan məsələlərin vaxtında və operativ şəkildə həll olunmasına və onlara göstərilən diqqət və qayğıya görə, rayonda aparılan quruculuq, abadlıq işlərinə görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.
Keçidlər