Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşların müraciətləri əsasında Əlicançay çayının yatağı qazılaraq əvvəlki məcrasına qaytarılmışdır

28 iyun 2024 | 19:05
Vətəndaşların müraciətləri əsasında Əlicançay çayının yatağı qazılaraq əvvəlki məcrasına qaytarılmışdır
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının keçirdiyi səyyar vətəndaş qəbullarında sakinlərin müraciətləri dinlənilir, Şəhər İcra Hakimiyyətinin səlahiyyətlərində olan məsələlər yerindəcə həll olunur, digər məsələlərin həlli istiqamətində ayrı-ayrı qurumlarla birgə işlər aparılır. Rayonun Aşağı Bucaq, Yuxarı Bucaq, Yenicə və Əcəmi kəndlərində keçirilən səyyar qəbullar zamanı sakinlər yağan güclü yağışlardan əməl gələn selin təsiri ilə Əlicançay çayının məcrasının genişlənməsi nəticəsində tez-tez daşqınlar baş verdiyini, suyun yaşayış sahələrinə, evlərə və şəxsi təsərrüfatlara ciddi ziyan vurduğunu bildirmiş, çayın yaşayış məntəqələri yerləşən ərazilərdən keçən hissələrində bəndbərkitmə işlərinin görülməsində, çayın məcrasının dəyişdirilməsində köməklik göstərilməsi barədə müraciətlər etmişlər. Müraciətlər yerində araşdırılarkən Əlicançay çayının ilin yağıntının çox olan mövsümlərində daşaraq əhalinin evlərinə, fərdi təsərrüfatlarına, əkin sahələrinə ciddi ziyan vurması məlum olmuşdur.
Yevlax Şəhər İcra Hakimiyyətinin müraciəti əsasında Su Ehtiyatları Dövlət Agentliyinin müvafiq qurumları tərəfindən çayın yatağı qazıalaraq əvvəlki məcrasına,yəni sol sahilə köçürülmüş, sel sularının sağ sahilə keçidinin qarşısını almaq üçün damba quraşdırılmışdır.
Sakinlər problemlərin həllinə həssaslıqla yanaşıldığına və problemlərin həlli üçün görülən işlərə görə Ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.
Keçidlər